Qırğız cazmen azad edildi

Qırğız cazmen azad edildi
 

Paralel.az xəbər verir ki, bir neçə gün qabaq Qazaxıstanda "terrorçu" adı ilə həbs edilən Qırğızıstan vətəndaşı Vikram Ruzaxunov buraxılıb, ölkəsinə qayıdıb.

O, qırğız olması ilə fəxr etdiyini və Qırğızıstan hökumətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Qazaxıstan hüquq-mühafizə orqanları Vikram Ruzaxunovun terrorçu olduğu və 200 dollar qarşılığında iğtişaşlara iştirak etmək üçün Alma-Ataya gəldiyi barədə izahat almağa nail olmuşdu. Bu izahat ölkənin məşhur telekanalı olan "Xəbər 24" vasitəsi ilə canlı yayımlanıb.
Akif Nəsirli

0.09284782409668