Çində nə baş verir?
Paralel.az türk mətbuatına istinadən xəbər verir ki, sosial mediada sürətlə yayılan “Çində yeni virus” iddiasının arxasında ölkənin həyata keçirdiyi sərt “sıfır-covid” siyasəti ortaya çıxıb: “Çin iki Omicronun meydana çıxdığı 5,5 milyon əhalisi olan Anynaq şəhərini karantinə aldığını açıqlayıb. Ölkə daha əvvəl 13 milyon əhalisi olan Sian şəhərində karantin elan edib.
Sosial mediada sürətlə yayılan yeni iddia isə panikaya səbəb olub. ABŞ müxbiri Ben Harnvellə əsaslanan xəbərdə Çində yeni bir virusun olduğu, xəstəliyə tutulanların qulaq, göz və burunlarından qan gəldiyi, şəhərin tamamilə karantinə alındığı iddiaları yer alıb”.
Nigar