Qaradərili şairənin şərəfinə pul nişanı
Paralel.az xəbər verir ki, amerikalı şairə Maya Anğelou şərəfinə dörddə bir sikkə zərb edilən ilk qaradərili qadın olub: “BBC xəbər verir ki, ABŞ Xəzinədarlığı şairə Maya Anğelounun şərəfinə 25 sentlik sikkələr zərb edib. Bu, tarixdə ilk dəfə qaradərili qadının adını daşıyan pul nişanıdır.
Yazıçı-şair, ictimai fəal, 2014-cü ildə vəfat edən Maya Angelou 1993-cü ildə Bill Klintonun prezidentliyə inaqurasiya mərasimində yazdığı şeiri oxuyan ilk qaradərili qadın olub.
“Amerikalı Qadınlar Məhəllələri” proqramının bir hissəsi olaraq, astronavt, qəbilə başçısı və aktyor da daxil olmaqla, pionerlik etmiş digər qadınlar üçün də sikkələrin kəsilməsi planlaşdırılır”.
Nigar