Milli Təhlükəsizlik Komitəsinin polkovniki ölü tapılıb
Paralel.az xəbər verir ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin polkovniki Azamat İbrayev də ölü tapılıb. Onun meyiti Nur-Sultandakı evinin pəncərəsinin altında aşkar edilib. RİA Novosti-nin yazdığına görə, onun bədənində hündürlükdən düşdüyünə dair xəsarətlər olub. Faktla bağlı araşdırma aparılır.
Hadisə yerinə gələn polis İbrayevin hündürlükdən düşərək, xəsarət aldığını müəyyən edib. Mənzilə baxış keçirilərkən mətbəxdə pəncərənin açıq olduğu məlum olub. Qəzetin yazdığına görə, ölən şəxs ölkədəki etirazlar fonunda işdən çıxarılan DTN-nin keçmiş rəhbəri Kərim Məsimovun şəriki olub. Bu vəzifədə onu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində çalışmış Ermek Saqimbayev əvəzləyib. Məsimov yanvarın 8-də dövlətə xəyanətdə ittiham edilərək, həbs edilib.
Şahnaz Salehqızı