Generalın ölüm səbəbi nədir?
Paralel.az Qazaxıstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verib ki, Cambul vilayətinin polis rəisi, general Janat Süleymenov ölü tapılıb.
Məlumata görə, İnterfaks agentliyi Süleymenovun ölümü ilə bağlı məlumatın Taraz Akimatı (rayonu administrasiyası) tərəfindən təsdiqləndiyini bildirib. Agentlik yazır ki, Süleymenov intihar edib. "Təəssüf ki, belədir. Baş verənlərin səbəbləri araşdırılır" - deyə, Akimatdan bildirilib.
“Vremya” qəzetinin jurnalisti Mixail Kozaçkov öz Teleqram kanalında bildirib ki, etirazlar və təhlükəsizlik rəsmiləri ilə toqquşmalardan sonra Süleymanova qarşı cinayət işi açılıb və o, məhkəmə ilə hədələnib. Məhkəmə işinin hansı maddə üzrə açıldığı bildirilməyib.
Şahnaz Salehqızı, Paralel.az