Lukaşenkonun əcaib bəyanatları

Lukaşenkonun əcaib bəyanatları
 
Belarusiya prezidenti Lukaşenko çox əcaib bəyanatlar verir. Deyir,  Rusiya, Belarusiya və Qazaxıstan bir yerdə olmaq üçün qərar qəbul edib. Biz çalışacağıq ki, Ukrayna da bizim yanımızda olsun. 
 İndi, bu özünü ağıllı hesab edən avtoritar rejim sahibi,  Belarusda  bunu xalqın fikirlərinə tüpürərək edə bilir. Qazaxıstanda bu vurhavurda, xalqın sistemə və rejimə etiraz etdiyi bir vaxtda, sən hansı haqla qazax xalqının adından belə bir bəyanatla çıxış edə bilərsən? Üstəlik Ukrayna xalqı adına da, sabaha siyasi mesajını unutmur. Yəni falı qoyur. Əslində bu zatın danışıqları ,onun əlinə verilən hazır mətndir, hansı ki bu mətnlər Rusiyada hazırlanır. Həmçinin Qazaxıstan prezidenti Tokayevin də bəyanatları, Lukaşenkonun bəyanatları kimi eyni Rusiya siyasi dairələrinin mətbəxində hazırlanıb.
 Bu bəyanatların qanunla heç bir hüquqi əsası yoxdur. Ölkə əhalisinin fikirləri nəzərə alınmadan, referendum keçirilmədən və bunun üçün zərurət olmadan belə məsuliyyətsiz bəyanatları, yalnız belə avtoritar rejimlərin diktatorları verə bilər.
Çingiz Şahbazi
Paralel.az
0.025274038314819