Rusiyanın dostu yoxdu, şikarı və düşməni var...

Rusiyanın dostu yoxdu, şikarı və düşməni var...
 
Tapdıq Abbas yazır
 
Tarixdən bəllidir ki, Rusiya çarizm, bolşevizm və hazırkı rejimdə əsarətində olan xalqları daim istismar edib. Rusiya "strateji müttəfiq" və məcbur nökər etdiyi postsovet ölkələrinin onun şərtlərini qəbul edib razılaşan rəhbərləri vasitısilə əhaliyə zülm edir...
 
Rusiyanın KTMT-yə daxil olmayan yeganə "strateji müttəfiq" Azərbaycandır. Azərbaycan Rusiyanın patronajlığı ilə təşkil olunmuş KTMT, AVRASİYA və "GÖMRÜK İTTİFAQI"na ona görə daxil olmadı ki, Rusiya for-postu Ermənistan vasitəsilə Azərbaycan torpaqlarını işğal etdi və həmin torpaqları işğaldan azad etmədi və
Azərbaycanı təzyiq altında saxlayıb sərvətlərini sümürməyi üstün tutdu...
 
Azərbaycan SSRİ dövründə 20 yanvar 1990-cı ildə və sonrakı faciələrdə verdiyi çoxsaylı qurbanlar bahasına müstəqillik qazanmağa cəhd etsə də, Rusiya gücü ilə və ölkəmizin daxilinə yeritdiyi əlamanları vasitəsilə Azərbaycanı parçaladı, taladı, tarı-mar etdi və bu dağıdıcı proseslər ölkə prezidentinin siyasətilə zəifləsə də, hazırda da davam edir...
 
Rusiyanın orbitində qalmağa məcbur edilmiş digər dövlətlərlə yanaşı, Rusiya ilə razılaşmadan Azərbaycanda sabitliyi tam qoruyub saxlamaq hələlik mümkün görünmür. Rusiyanın Qərb tərəfindən basqı altında olmasından və sanksiyalarla gücünün zəifləməsindən istifadə edib, Azərbaycan qardaş Türkiyə ilə yaxınlaşıb müttəfiqlik sazişi imzalasa da, ikinci Qarabağ müharibəsində Rusiyanın şantajla, zorla Yuxarı Qarabağa ordu yeritməsinin və atəşkəs bəyanatının Azərbaycan tərəfindən imzalanmasının qarşısını ala bilmədik...
 
Rusiya 2020-ci ilin sentyabr - noyabrında bir daşla iki quş vurdu, Ermənistanı Qərbdən çəkindirmək və Azərbaycana ordu yeritmək məqsədilə işğalda olan torpaqlarımızın azad olunması üçün vətən müharibəsinə başlayan şanlı ordumuza maneə olmadı...
 
Paralel.az
0.028342008590698