Yaşlandıqca davranışları dəyişir - Narsistlərlə bağlı MARAQLI ARAŞDIRMA
Narsistik şəxsiyyət xüsusiyyətlərinə sahib olanların yaşlandıqca daha yetkin davrandıqları müəyyən edilib. Sfera.az xəbər verir ki, Amerika Psixoloji Dərnəyinin (APA) nəzərdən keçirilən Psixoloji Bülleten jurnalında dərc edilən araşdırma, narsistik insanların yaşlandıqca daha empatik, səxavətli və münasib olduqlarını ortaya qoyub.
Tədqiqata keçmişdə iştirakçıların narsissizm səviyyələrinin zamanla necə dəyişdiyini öyrənən 51 araşdırma daxil edilib. Bu çərçivədə 8-77 yaş arası 37 min 247 adamın məlumatları araşdırılıb. İştirakçıların 52 faizi qadınlar, 48 faizi isə kişilər olub.
Tədqiqatların əksəriyyəti ABŞ, Kanada və Qərbi Avropada, biri Çində, biri isə Yeni Zelandiyada aparılıb.
Araşdırmada üç fərqli narsisizm növü tədqiq edilib.
Böyük narsisizm: bu, üstünlük hisslərini və heyranlığa güclü ehtiyacı ehtiva edir.
Antaqonist narsisizm: təkəbbür, emosiyaların olmaması və aşağı empatiyanı təsvir edir.
Nevrotik narsisizm: zəif emosional nəzarət və həssaslıq hallarında baş verir.
Alimlər ümumiyyətlə aşkar ediblər ki, hər üç növ narsisizmin səviyyəsi uşaqlıqdan qocalığa qədər azalır.