Ağ Evin İranın təhdidlərinə reaksiyası
"Amerikalılara hücum etsəniz, bunun sizin üçün ciddi nəticələri olacaq"
Paralel.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan İslam Cümhuriyyəti tərəfindən bir sıra Amerika rəsmisinin boykot olunması və Tehranın Qasım Suleymaninin intiqamının alınması ilə bağlı təhdidlərinə münasibət bildirib.
Sallivan yaydığı bəyanatda deyib: "İran hər hansı bir vətəndaşımıza, o cümlədən boykot etdiyi 52 nəfərə qarşı hücum əməliyyatı keçirərsə, ciddi nəticələrlə üzləşəcək".
Ağ Evin bəyanatında bildirilib ki, İranın Vaşinqton rəsmilərini sanksiyaya məruz qoyması Tehrana bağlı yaraqlıların Yaxın Şərqdə Amerika qüvvələrinə qarşı hücumlarının davam etdiyi bir vaxta təsadüf edir.
İran rəsmiləri dəfələrlə Amerikanın daxilində və dünyanın digər yerlərində terror əməliyyatları həyata keçirəcəkləri ilə bağlı təhdidlər ediblər.
Akif Nəsirli