Türk dövlətlərinin ortaq ordusu yaranmalıdır!

Türk dövlətlərinin ortaq ordusu yaranmalıdır!
 

Türkiyənin keçmiş generalı Karauz: "Türk dövlətləri dərhal ortaq ordu yaratmalıdır"

Türk dövlətləri Qazaxıstan hadisələrinin öz ərazilərində təkrarlanmaması üçün dərhal birgə silahlı qüvvələr yaratmağa başlamalıdırlar. Paralel.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş briqada generalı və keçmiş attaşesi Yudjel Karauz Telegram-da "Türkiyənin Səsi" portalında bildirib.

Bu sözlərlə ehtiyatda olan general Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın və Macarıstanla Türkmənistanın müşahidəçi ölkə kimi daxil olduğu Türk Dövlətləri Təşkilatına üz tutub.

“Təşkilatın elə ilk iclasında birgə hərbi qüvvələrin yaradılması ilə bağlı hüquqi tədbirlər görülməli və real addımlar atılmalıdır. Düzənimizə geriyə dönməz zərər verə bilərik. İndi Qazaxıstanda baş verənlər digər qardaş respublikalarda da baş verə bilər”, - Karauz qeyd edib.

Daha əvvəl şəbəkədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının “Türk dünyası”nın xəritəsini əks etdirən fotosu yayılıb. Bu xəritə Rusiyanın 20-yə yaxın bölgəsini əhatə edir.

Karauzun sözlərinə görə, türk dünyasına Rusiyanın cənub bölgələri, o cümlədən Krım, Rostov vilayəti, Şimali Qafqazın bir hissəsi və Şərqi Sibir daxildir.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, türk siyasətçiləri vaxtaşırı türk birliyi ideyasını təbliğ edirlər və bu, tamamilə normaldır. O, eyni zamanda “Türk dünyasının” xəritəsində qırmızı ulduzun göstərilməməsindən, onun əsl mərkəzinin türklərin dünyaya yayıldığı Rusiya Altayında olmasından təəssüfləndiyini bildirib..
Akif Nəsirli

0.040810823440552