Hərbi kəşfiyyat rəhbəri həbs edildi
Paralel.az xəbər verir ki, Finden məlumatların sızdırılması ilə bağlı iş çərçivəsində həbs edilib.
Hərbi kəşfiyyat Danimarka qanunlarını pozan, xüsusilə də ölkə vətəndaşları haqqında məlumatların əldə edilməsi və ötürülməsi ilə bağlı fəaliyyətlər həyata keçirib. İnformatorların şikayətindən sonra qurumun iş keyfiyyəti barədə araşdırma başladılıb.
Lars Finden sübutlar mövcud olduqda belə Müdafiə Nazirliyi daxilində casusluq əlamətlərini müəyyənləşdirmək üçün tədbirlər görməməkdə, həmçinin Danimarka vətəndaşları haqqında əhəmiyyətli miqdarda məlumat toplamaqda və ötürməkdə və bir sıra digər səbəblərdən ittiham olunur.
Şahnaz, Paralel.az