Vəfat edən jurnalistlərin sayı 16 -ya yüksəlib

Vəfat edən jurnalistlərin sayı 16 -ya yüksəlib
 

Paralel.az xəbər verir ki, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) illik hesabatında bildirilib ki, COVID-19 pandemiyası dövründə Azərbaycanda 16 jurnalist koronavirusdan dünyasını dəyişib.

Monitorinqin nəticələrinə görə, jurnalistlər arasında yoluxanların sayı 288 nəfərə yaxın olub (2020-ci ildə 117 nəfər olmuşdu). Bununla da 2020-21-ci illərdə yoluxanların ümumi sayı 405 nəfərə çatıb.

COVID-19-a yoluxma səbəbindən həyatını itirən  jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da, 2020- 21-ci illərdə koronavirusdan vəfat edən jurnalistlərin ümumi sayı 16 nəfərə yüksəlib.

Şahnaz, Paralel.az
0.015963077545166