Gürcüstanda dərmanların ucuzlaşmasına qərar veriləcək
"Dərmanların qiymətlərinin aşağı salınması üçün bu həftə ərzində yeni qərarlar verəcəyik".
Paralel.az xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili, hökumətin bugünki iclası zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyədən yüksək keyfiyyətli dərmanlar gətiriləcək və bunun sayəsində ölkədə dərmanların qiyməti azalacaq.
"Dərmanların qiymətlərinin aşağı salınması üçün bu həftə ərzində yeni qərarlar verəcəyik. Əczaçılıq bazarının hesabatı tamamlanıb, Rəqabət Agentliyi artıq işləri başa çatdırıb. Yeni Səhiyyə naziri cənab Zura artıq Rəqabət Agentliyinin rəhbəri ilə görüşüb və birlikdə gələcək fəaliyyətləri planlaşdırıblar. Biz də Türkiyə bazarını açmağa, Türkiyədən yüksək keyfiyyətli dərmanlar gətirməyə hazırlaşırıq ki, bu da bizim proqnozumuza görə ölkədə dərmanların qiymətini aşağı salacaq",- deyə İ. Qaribaşvili bildirib.
A. Nəsirli