Onlar son anda xilas oldular…

Onlar son anda xilas oldular…
 

Paralel.az xəbər verir ki, Füzuli rayonunda ibtidai sinif müəllimi Aygün İsmayılova idarə etdiyi maşını aşıraraq kanala düşüb.

Belə ki, “Hyundai” markalı avtomobil yoldan çıxaraq ərazidən keçən Qarabağ kanalına düşüb. Aygün İsmayılova  və anası boğulmaq təhlükəsi ilə üzləşib.

Aygün İsmayılova Böyük Bəhmənli 2 saylı kənd orta məktəbinn ibtidai sinif müəllimidir. Hadisə zamanı maşında onun azyaşlı qızı da olub. Gülşən İsmayılova isə Böyük Bəhmənli kənd peşə məktəbinin direktorudur.

Xəbərə görə, kənd sakinlərinin köməyi ilə hər üç şəxs son anda xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Şahnaz, Paralel.az
0.027791976928711