ABŞ və Rusiya arasında danışıqlar başlandı
Paralel.az xəbər verir ki, bu gün Cenevrədə ABŞ və Rusiya arasında “Strategiya və Təhlükəsizlik üzrə Dialoq” başlayacaq.
Bu barədə Euronews xəbər verir.
Rusiyanın əsas tələbi Alyansın daha şərqə doğru genişlənməyəcəyinə və NATO-nun Ukraynada raketlər yerləşdirməməsinə təminat əldə etmək olacaq.
Bununla belə, ABŞ danışıqlar zamanı “möhkəm öhdəliklər” götürmək niyyətində olmadığını və yalnız təhlükəsizlik məsələlərini müzakirə etməyə hazır olduğunu bildirir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, ABŞ dövlət katibinin müavini Vendi Şerman qeyd edib ki, Vaşinqton ölkələrin hansı ittifaqlara qoşulacağını müstəqil seçməli olması prinsipini dəstəkləyir.
ABŞ Rusiyaya xəbərdarlıq edir ki, Moskva Ukraynanı işğal edərsə, Rusiya üçün bunun əvəzini ödəmək çox ağır olacaq.
Akif Nəsirli