Azərbaycan Qazaxıstana başsağlığı verdi
Paralel.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana başsağlığı verib.
Bu barədə XİN-in rəsmi “Twitter” hesabında paylaşım edilib.
“10 Yanvar – Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əminamanlıq və rifah arzulayırıq”, -deyə payaşımda qeyd olunub.
Akif Nəsirli