Nyu Yorkda 30 ilin ən ölümcül yanğını baş verdi
Paralel.az xəbər verir ki, Nyu-Yorkun Bronks şəhərində yaşayış binasında son 30 ilin ən ölümcül yanğını baş verib. Ölənlər arasında 9 uşaq da var.
Ümumilikdə yanğın nəticəsində 19 nəfər həlak olub. Ən azı 63 nəfər tüstü və yanğından müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 32-nin vəziyyətinin həyati təhlükəsi qiymətləndirilir. Hadisə yerində 200-ə yaxın yanğınsöndürən çalışıb.
RİA Novosti yazır ki, şəhərin yanğınsöndürmə idarəsinin rəisi Daniel Niqro mediaya bildirib ki, irimiqyaslı yanğına səbəb üçüncü mərtəbədəki mənzillərdən birinin yataq otağında nasaz elektrik qızdırıcısı olub.
“Tüstü binaya yayıldı və beləliklə, çox böyük itkilərimiz var "- , deyə o, yekunlaşdırıb.
Akif Nəsirli