Putin Qazaxıstanın "öz evi" adlandırdı

Putin Qazaxıstanın
 

"Biz göstərdik ki, öz evimizdə vəziyyəti dəyişməyə, rəngli inqilablar gerçəkləşdirməyə imkan verməyəcəyik”.

Paralel.az xəbər verir ki, bu fikirlər Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans formatında keçirilən sammitində bildirib.

Putin deyib ki, Qazaxıstanda Maydan texnologiyalarından istifadə edilib. Bu ölkəyə hücum təcavüz aktıdır:

"Buna dərhal reaksiya vermək lazım idi. Biz Qazaxıstanda beynəlxalq terrorçuluğun aqressiyasını müşahidə edirik. Döyüşçülər xüsusi təlimdən keçmişdilər. Biz göstərdik ki, öz evimizdə vəziyyəti dəyişməyə, rəngli inqilablar gerçəkləşdirməyə imkan verməyəcəyik. KTMT qüvvələri Qazaxıstanda nə qədər lazımdırsa, o qədər də qalacaq, lakin sözsüz ki, sülhməramlı kontingent Qazaxıstandan çıxarılacaq", - deyə V. Putin bildirib.
Akif Nəsirli

0.046057939529419