Tehranda zibil toplayan uşaqlardan rüşvət alınır
Paralel.az xəbər verir ki, İranın paytaxtı Tehran şəhərinin Narmək bölgəsinin bələdiyyəsi burada zibil qutularından tullantı yığaraq ailələrini dolandıran uşaqlardan aylıq pul tələb edir.
Vətəndaş tərəfindən çəkilən videoda yoxsulluq üzündən zibil və tullantı əşyaları toplayıb satmaqla məşğul olan uşaqlar deyiblər ki, Narmək bölgəsinin bələdiyyə başçısı onlardan aylıq 4 milyon tümən rüşvət alır.
Akif Nəsirli