Parklanmaya görə pul verirsinizmi?

Parklanmaya görə pul verirsinizmi?
 

Paralel.az xəbər verir ki, paytaxt küçələrində sürücülərin tez-tez rast gəldiyi hallardan biri də maşınların dayanacaqlara yerləşdirilməsidur. Maşını park edərkən, özlərini "parkovşik" adlandıran şəxslər bu xidmətə görə pul tələb edirlər.

Bəziləri fərdi olaraq, bəziləri isə şirkət əməkdaşı kimi parkinqləri nəzarətə götürüblər. 

Bu barədə, BNA mətbuat katibi Mais Ağayev bildirib ki, bu tam qanunsuz bir haldır və bu şəxslərin Bakı Nəqliyyat Agentliyi ilə heç bir əlaqəsi yoxdur.

Elə isə paytaxtda yağışdan sonra bitən göbələk kimi artan "parkovşik"lər hansı quruma tabedir və dövlətə vergi verirmi?
Akif Nəsirli

0.010128021240234