Qazaxıstan və Qırğızıstan sərhədində tıxac yaranıb
Paralel.az xəbər verir ki, Qazaxıstanla Qırğızıstan sərhədində tıxac yaranıb: “Karasu kəndi yaxınlığındakı keçid məntəqəsində çoxlu yük maşınları var. Hər bir yük maşınının yoxlanılması təxminən üç saat çəkir. Yanvarın 9-u axşam saat 17:00-dan bəzi sürücülər sərhəd qarşısında dayanıblar. Onlar daha çox Qazaxıstanın Karasu kəndi yaxınlığındakı bu keçid məntəqəsindən keçirlər.
Qazaxıstan ərazisinə yalnız ölkə vətəndaşlarının daxil olmasına icazə verilir. Sərhəddə yük maşınlarının tıxacını çıxmaq şərti ilə vəziyyət sakitdir, oradan praktiki olaraq adi avtomobillər keçmir”.
Nigar
Nigar