Onlar ad seçimində də azad deyillər

Onlar ad seçimində də azad deyillər
 

Paralel.az xəbər verir ki, İranın Miyana şəhərində yaşayan bir ailə uşaqlarının doğum tarixindən bir il keçməsinə baxmayaraq, ona şəxsiyyət vəsiqəsi ala bilməyib. 

Bir yaşlı Sevginin anası Rəna Balar öz şəxsi İnstagram səhifəsində bu sözləri yazıb:

"Sevgi, övladımız üçün anadan doğulduğu zaman seçdiyimiz addır, ancaq bu ada şəxsiyyət vəsiqəsi almaq üçün 1 il səy göstərsək də, qeydiyyat idarəsi bu adın türkcə olduğu üçün qızımıza şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.”

Sevginin anasının səhifəsində yazılanlara görə, adın ərəb əlifbası ilə türkcə orfoqrafiyasında yazılışı və fars dilinə uyğun olmaması qeydiyyat idarəsi tərəfindən adın rəd edilmə səbəbi olaraq bildirilib. 

Məlumata görə İranın Qeydiyyat İdarəsi yalnız onların siyahısında olan adları seçən şəxslərə vəsiqə verir. İslam respublikası unudur ki, yeni doğulmuş hər bir uşağın valideyni tərəfindən adının sərbəst şəkildə seçilməsində azaddır və bununla əlaqədar beynəlxalq konvensiyalarda qeyd olunub. Bunun fundamental insan hüquqlarından biri olduğunu da İran İslam hökuməti unudur.

Şahnaz Salehqızı

0.010782957077026