Qripə qarşı peyvənd COVID-19-a yoluxma riskinə təsir edirmi?

Qripə qarşı peyvənd COVID-19-a yoluxma riskinə təsir edirmi?
 

Paralel.az xəbər verir ki, danimarkalı alimlər  qripə qarşı peyvənd olunma və olunmamağın COVID-19-a yoluxma riskini müqayisə edən ilk araşdırmanın nəticələrini dərc edib: “Əvvəllər COVID-19 xəstələrinin immun reaksiyalarını təhlil edən laboratoriya tədqiqatları göstərib ki, qrip peyvəndi koronavirusa qarşı müəyyən qorunma təmin edə bilər. Bəzi elm adamı isə qrip peyvəndinin SARS-CoV-2-yə yoluxma riskini artıra və ya xəstəliyin şiddətini pisləşdirə biləcəyi ilə bağlı narahatlığını ifadə edib.
Alimlər yaşa və əlavə xəstəliklərin mövcudluğuna uyğunlaşandan sonra qrip peyvəndi olanlarda koronavirus infeksiyasına yoluxma riskinin peyvənd olunmamış iştirakçılarla müqayisədə 0,93-1,01 olduğunu müəyyən edib. Müəlliflər belə nəticəyə gəlib ki, qripə qarşı peyvənd SARS-CoV-2-yə yoluxma riskinə və ya COVID-19 xəstəliyinin şiddətinə təsir etmir”.
Nigar

0.015948057174683