Qripə yoluxanlar COVİD-19-dan daha çoxdur
Paralel.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə Nazirliyi bəyan edib ki, son vaxtlar qrip virusuna uşaqlar arasında yoluxma halı COVİD-19 virusundan çox qeydə alınır.
Məlumatda bildirilir ki, xəstəlik daha çox 5 yaşa qədər uşaqlarda qeydə alınır və ağır bronxit yaradır.
Bu arada qeyd edək ki, apteklərdə belə xəstəliklərə qarşı təyin edilən dərmanlar tapılmır - paytaxtda uşaqların qripdən müalicəsi üçün dərman qıtlığı yaşanır.
Akif Nəsirli