Tokayev "xarici terrorçü"larla bağlı israr etdi
Paralel.az xəbər verir ki, Qazaxıstan prezidenti Qasım-Comart Tokayev ölkədə aranı qarışdıranların xarici qüvvələr olduğu barədə israrlı bəyanat verib.
Bəyanatda deyilir: "Əminliklə deyə bilərəm ki, iğtişaşlarda terrorçular, o cümlədən xarici döyüşçülər iştirak edib. Quldurlar gecələr morqlara hücum edib, döyüş yoldaşlarının meyitlərini oğurlayırdılar. Hətta döyüş meydanından terrorçu yoldaşlarının meyitlərini aparırdılar. Bu praktika beynəlxalq terrorçulara məxsusdur".
Akif Nəsirli