Çekist evində ölü tapıldı
Paralel.az xəbər verir, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin polkovniki evində ölü tapılıb.
Bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"2022-ci il yanvarın 10-da Nur-Sultan şəhərində Milli Təhlükəsizlik Komitəsinin polkovniki Azamat İbrayevin meyiti yaşadığı evin həyətində tapılıb. Faktla bağlı araşdırma aparılır”, - deyə məlumatda bildirilir.
Akif Nəsirli