Bakı sakini problemlə üzləşib

Bakı sakini problemlə üzləşib
 

Bakının Nəsimi  rayonu, K.Səfərəliyeva küç.42, mən.39 ünvan sakini Ravina Rəhimova problemlə üzləşib. O, AİB-ə ünvanlanan müraciətində yazır: “Mən 2021-ci il dekabrın 30-da ogluma yeni il və ad günü münasibətilə  elektrik samokat almaq ucun Tap.az saytına müraciətlə NineBot G30Max elektrik samokatını  sifariş etdim. Satıcı  Vüqar məhsulun yeni, zəmanətli, servisdə hər bir ehtiyacın qarsılandıgına, original olduguna məni əmin edib. Məhsul 1500 manat, hazırda isə 1350 manat bayram endirimində olub.
Dekabrın 31-i məhsul binamızın həyətində qurasdırılanda akkumlyatorun 80% olmagı məndə narahatçılıq yaratdı. Satıcı mənə veriləcək bir illiik zəmanət talonunu, satıs qəbzini unutduğunu, lakin ayın 3-ü təhvil verəcəyini dedi.  Mən 1100 manat bank hesabına köcürtmə, 250 manat nəğd səkildə Vüqara ödəniş etdim. Evdə məhsulun şrupları töküldü. Onu nəzərdən keçirəndə məhsulun keyfiyyətsiz, cızılmış,  üzərində qurumuş palçıq ləkəsi, tutacaqların didilmiş oldugunu görduk. Dərhal Vüqara zəng edib şikayətimi bildirdim, malı təzəsi ilə dəyişməyi, ya da pulumu tam qaytarmağı dedim. O isə narahat olmamağımı, hər seyi yoluna qoyacağını söylədi. Bundan sonra o, zənglərimə cavab vermədi.
Ödədiyim 1350 manatın mənə qaytarılmasını, bu fakt barədə müvafiq dövlət orqanlarına, KİV-ə məlumat verilməsini xahiş edirəm”.
Nigar

0.0065498352050781