Əfşar Muhib aclıq aksiyasını dayandırıb
Paralel.az xəbər verir ki, Ərdəbil Mərkəzi Həbsxanasında aclıq aksiyası keçirən güneyli siyasi məhbus Əfşar Mühib aclıq aksiyasını dayandırıb.
Bu barədə İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Əfşar Mühib aclıq aksiyasını rəsmilərin verdiyi vədlər səbəbilə dayandırıb. O, yanvarın 2-də məhkəmə müstəntiqinin onun müvəqqəti azadlığa buraxılması tələbinə etiraz etdiyi üçün aclıq aksiyasına başlamışdı.
Həbsxananın rəisi Əfşar Mühibə girov müqabilində müvəqqəti azadlıq tələbinin mümkün olacağı barədə vəd verib.
Mühib məhkəməyə müraciət etdiyi zaman, "İran İslam Respublikasına qarşı təbliğat aparmaq"da ittiham olunub və oradan Ərdəbil Həbsxanasına köçürülüb.
Mühib, indiyədək dəfələrlə apardığı mədəni fəaliyyətlərdən dolayı İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin məhkəmələrində fərqli ittihamlarla mühakimə olunub.
Şahnaz