Erməni deputat iddia edir
Paralel.az xəbər verir ki, erməni deputat Tiqran Abramyan Facebook səhifəsində yazır: “Azərbaycan-Türkiyə mətbuatında Qazaxıstanda baş verənlər kifayət qədər diqqətəlayiq şəkildə təqdim olunur.
Azərbaycanda Qazaxıstan böhranının ilk günlərində əsasən quru məlumatlar verilirdisə, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin kontingenti Qazaxıstana yerləşdiriləndən sonra Azərbaycanın dövlət nəzarətində olan saytları və teleqram kanalları Rusiyaya, həm də Qazaxıstan hakimiyyətinə qarşı kampaniyaya başlayıb.
Türkiyə və Azərbaycanın regional hesablamaları qarışdı və onlar Qazaxıstanla yaxın, çoxtərəfli və dərin münasibətləri unudaraq, bu ölkənin anti-təbliğatına başladılar.
Onlar Aİ, ABŞ və NATO-dan bəzi siqnallara məruz qalıblar ki, mərkəzdə də Qazaxıstanda KTMT qüvvələrinin yerləşdirilməsi, gedən proseslərdə iştirak və uzunmüddətli qalmaq məsələsi dayanır.
İndi məlum olur ki, Qazaxıstan hadisələrindən sonra Avrasiya məkanında fəal olan qüvvələr öz siyasətlərində korrektələr edəcək, bundan sonra proseslər başqa məntiqlə gedəcək”.
Nigar