Tapdıq Abbas yazır...

Tapdıq Abbas yazır...
 
Azərbaycanın Qazaxıstanın müdafiə etməsi özünü müdafiədir!..
 
Qasım Namərd (Comard) Tokayevin KTMT (Rusiyanı) Qazaxıstana çağırması Qazax xalqına və bütün türk dünyasına ən böyük xəyanətdir! 
O, Rusiyanın şiddətli təzyiqləri ilə üzləşib, həyatı bahasına olsa da belə, bu xəyanətə getməməliydi!..
 
Rusiya son illər Qazaxıstan rəhbərliyinin qəbul etdiyi qərarlara bütün səviyyələrdə etirazını açıq ifadə edirdi. Hətta Rusiya prezidenti Putin sonuncu Valday klubundakı çıxışında SSRİ-ni Rusiyanın torpaqlarını respublikalara verməkdə ittiham etmişdir!..
Ardınca Rusiya patriarxı öz çıxışında Qazaxıstan ərazilərinin qədim Rusiya torpağı olması barədə sırsəm ərazi iddiası irəli sürmüşdü və bunlar Rusiyanın Qazaxıstanı işğal etmək üçün gizli planın tərkib hissəsi idi!..
 
KTMT-yə müraciət olunarkən Rusiyanın Xarici İşlər naziri S. Lavrovun və digər dövlət yetgililərinin Qazaxıstana irəli sürdükləri - türk dövlətlərilə əlaqəni kəsmək, rus dilini ikinci dövlət dili elan etmək, ruslara milli muxtariyyət vermək, türk dövlətlərilə hərbi birlikdən imtina etmək və digər alçaldıcı şərtlər irəli sürmələri də təsdiq edir ki, Qazaxıstanda son günlər baş verən kütləvi xalq etirazları ölkədə qazın qiymətinin qalxması ilə bağlı olsa da, həm də bu hadisə Qazaxıstanı işğal etmək niyyətini həyata keçirməyə hazırlaşan Rusiyanın əlinə çoxdan gözlədiyi fürsəti veririb!..
 
Azərbaycan dövləti və xalqı qardaş Qazax xalqının müstəqil dövlətinin Rusiya tərəfindən KTMT adı ilə işğal etməsilə barışmamalı, pisləməli və beynəlxalq hüquq çərçivəsində Qazaxıstanın müstəqilliyinin dərhal bərpa olunmasını Rusiyadan tələb etməlidir...
 
Azərbaycan belə edərsə, ikinci Qarabağ müharibəsində Ermənistanın kömək məqsədilə KTMT-dən hərbi yardım barədə müraciətinə rədd cavabı verən dövlət kimi Qazaxıstana olan borcunu ödəmiş olar...
Paralel.az
0.016013860702515