A. Arutunyan: “Pantürkist dairələr Qazaxıstandakı proseslərdə fəal iştirak edir”
Paralel.az xəbər verir ki, qondarma qurumun rəhbəri Arayik Arutyunyan Facebook səhifəsində yazıb: “Qazaxıstanda və onun ətrafında vəziyyətin sabitliyini pozmağa, qeyri-sabitlik və terrorun formalaşmasına yönəlmiş proqramın arxasında ekstremist qruplar və birləşmələr dayanır. Yuxarıda deyilənlərin kontekstində bu prosesdə radikal pantürkist dairələrin fəal iştirak etdiyi də göz qabağındadır.
Mərkəzi Asiya və ona bitişik regionlarda Artsax və Ermənistanın təhlükəsizliyi üçün çox ciddi təhlükəyə çevrilə biləcək gözlənilməz və partlayıcı vəziyyətin yaradılmasının qarşısını almaq mümkün olub.
Qazaxıstanın və bir sıra digər ölkələrin nümunəsi beynəlxalq və regional təhlükəsizlik, xüsusən də ekstremist təşkilat və qruplardan qaynaqlanan terror təhlükələrinə qarşı əlaqələndirilmiş yanaşmaların işlənib hazırlanması və praktiki əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bir daha nümayiş etdirdi”.
Nigar