Xəbər təkzib olundu...
Bakıda 17 nömrəli tam orta məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb.
Paralel.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış bu xəbər əsassızdır. Əməkdaşımız təhsil müəssisəsi ilə əlaqə saxlayaraq orada müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış xəbərin doğru olmadığını öyrənib.
Şahnaz Salehqızı