2022-ci ildə silahlanma yarışı başlayacaq

2022-ci ildə silahlanma yarışı başlayacaq
 

Paralel.az xəbər verir ki, analitiklərə görə, dünyada inflyasiyanın sürətlənməsi, xammal qiymətlərinin artması və sosial gərginlik avropalı siyasətçiləri aşağı karbonlu gələcəyi təxirə salmağa məcbur edəcək: “Yaşıl enerjiyə keçidin risklərini dərk edən siyasətçilər mübahisəli bir addım atacaqlar. Bu da xam neft və təbii qaz hasilatına qoyulan sərmayələrə qoyulan ekoloji məhdudiyyətləri müvafiq olaraq beş və on il zəiflətməkdir.
Enerji bazarını sabitləşdirməyə kömək edəcək bu məqam ərzaq qiymətlərinin və kommunal xidmət tariflərinin artması səbəbindən sosial narazılıqların yaranma ehtimalını minimuma endirəcək.
Müdafiə sektorunda rəqabət güclənəcək. 2022-ci ildə yeni silahlanma yarışı başlayacaq, çünki heç bir ölkə geridə qalmağa razı olmayacaq.
Kosmos uğrunda döyüş artıq reallıqdır. Pilotsuz uçuş aparatları, süni intellekt və hipersəs səltənətində yarış getdikcə güclənir”.
Nigar

0.1119110584259