İçimdəki qazax

İçimdəki qazax
 

 

 

Oxucum, qardaş qazax xalqının yaşadığı faciədən bəhs edən ötən yazımda da bildirdiyim kimi bugünlər 32 il əvvəlin o qanlı yanvarını sanki yenidən yaşayıram - məğlubiyyətin, çarəsizliyin doğurduğu hissləri. Elə bil içimdə ümidsiz vəziyyətdə olan bir qazax var-ürəyindən, başından vurulmuş, qan içində olsa da döyüşə atılmağa cəhd göstərən qazaxlı bir gənc, yaxud elə özüm yaşda bir ağsaqqal. 

Nəyi demək istəyirəm? Bu həssas məqamda bizim media bilərəkdən yaxud bilməyərəkdən informasiya blokadasında olan, yerli satqınlara və yadelli işğalçılara qarşı ciddi dirəniş göstən,  Qazaxıstan vətəndaşlarının azadlıq mübarizəsini gözardı edib, Rusiyadan və Qazaxıstanın ölkəsinin müstəqilliyini Moskvanın ayaqları altına atmış rəsmi qurumlarının yaydığı xəbərləri tirajlaması adamın için göynədir. Sizin vicdanınız necə yol verir ki, manqurt Qazax hakimiyyəti və imperiyanı bərpa etməyi hədəfləyən Putinizmin təbliğat ruporuna qoşulub sosial ədalətsizliyə və sonra da ölkəsinin müstəqilliyini məhv edənlərə qarşı azadlıq mübarizəsinə qalxmış, bu yolda şirin canından keçərək şəhid olan, həbs edilənləri terrorçu, ekstimist kimi qələmə verirsiniz? Allah xatirinə belə şərəfsizlik etməyin! 32 il əvvəl yaşadığımız anoloji faciəni unutmamısızsa belə alçaqlığa imza atmayın! Bütöv bir millət terrorçu, ekstrimisdirsə belə çıxır ki, milli satqın Tokayev o dövləti idarə edən şəxs olaraq terrorçubaşıdır. Məgər qanmırsınız ki, bugün Qazaxıstanda həm də Azərbaycanın müstəqil dövlət kimi yaşayıb, yaşamayacağı məsələsi həll olunur? Qazax xalqına maddi kömək edə bilmiriksə heç olmasa mənəvi dayaq olaq, onların canı bahasına apardıqları haqq savaşına kölgə salmayaq. 

Hesab edirəm ki, ancaq manqurtlar, anasının əmcəyini kəsənlər və bir də rus sevdalılar Moskvanın və Tokayevin  dezinformasiyasın sevərək tirajlaya bilər. Məgər bizlər bu sadə həqiqəti anlamayacaq qədər cahilikmi Moskva və  onu ölkəsinə çağıran  Tokayevin xalqa “terrorçu” deməklə rus işğalını pərdələmək və təbii ki, öz hakimiyyətini qorumaq olduğunu bilməyək?!

Unutmayın cənablar: Moskva Qarabağda bizim qələbəmizi əlimizdən aldığı kimi, bugün də Qazax xalqının müstəqilliyini əlindən alır!

Rövşən Kəbirli

Paralel.az

0.020925998687744