Qazaxıstanda baş verənləri doğru tanıtmaq vəzifədir
 

Qazaxıstanda baş verənləri doğru tanıtmaq vəzifədir 
 

 

Siracəddin Hacı

Səbəbləri sıralayaq:

- Qazaxıstanda zülm var, zalım Putin və ona bağlı satqınlar qazax xalqına zülm edirlər. Zülmə qarşı çıxmaq bir insani vəzifədir, insan zülm qarşısında sussa, insanlığını itirər, o zülm onun da başına gələr. Bizə yol göstərən mübarək dinimiz buyurur ki, zülmə qarşı susanlar dilsiz şeytanlardır. Yazaq, yaza bilmiriksə, danışaq, qazax xalqına dua, zalımlara bəd dua edək, heç nə edə bilmiriksə, qəlbimizdə olsa belə, zülmlə barışmayaq, yoxsa zülm bizi həlak edər;

- bu hadisə zalım Putini, sömürücü Rusiyanı tanımaq və tanıtmaq fürsətidir. Nə qədər doğru tanısaq, o qədər qorunacağıq;

- bunu əsla unutmayaq ki, Qazaxıstanda Azərbaycanın da taleyi həll olunur;

- Tv-lərdə, radiolarda, mətbuat vasitələrində Qazaxıstan hadisələrinin doğru tanıdılmasına imkan verilməlidir – doğru tanımasaq, məğlub olacağıq;

- Rusiyadan qorunmağın, onu Azərbaycanla hesablaşmağa məcbur etməyin bircə yolu var: ədalətə, azadlığa bağlı Milli Birlik, başda Türkiyə olmaqla etibarlı müttəfiqlər;    

Paralel.az

0.021106958389282