Çox bərbad nümunədir
Qazaxıstanda baş verənlər bir daha sübut etdi ki, ölkəni xəstə təfəkkürə malik vəzifəpərəstlərin ixtiyarına vermək olmaz. Məlum olduğu kimi 20 min etirazçı terrorçu ola bilməz. Ölkənin prezidenti onların hamısını terrorçu adlandırır və xəbərdarlıq olunmadan atəş açılaraq zərərsizləşdirilməsini əmr edir. Hakimiyyətini qorumaq üçün başqa ölkələrdən hərbi qüvvələr gətirir və ölkənin bütün hüquq bazasına, konstitusiyasına məhəl qoymur.
Çox da bərbad nümunədir. Gələcəkdə diktatorların bir-birini qorumaq üçün edə biləcək siyasi bir yol inşa edildi. Daxili iğtişaşlar nə vaxtdan xarici ölkələrin hərbi qüvvələri tərəfindən müdaxilə olunaraq, nizamlanması üçün istifadə olunub?
5-ci kolon dedikdə,məhz bu kimi hadisələrlə gələcəkdə rast gəlinməməsi üçün, ehtiyyat edilir. Məhz Qazaxıstanda baş verənlər ölkə prezidentinin nə qədər qeyri milli olmasını ortaya qoyur.
Qazaxıstan prezidenti dünya ölkələri tərəfindən qınaq obyektinə çevrilməlidir.Xüsusilə də Türk Dövlətləri Birliyi bu məsələdə, Qazaxıstan prezidentinə güzəşt etməməlidirlər.
Çingiz Şahbazi
Paralel.az