Qırğız xalqı qazax xalqıyla həmrəydir

Qırğız xalqı qazax xalqıyla həmrəydir
 

 

Bizim müxalif siyasi partiyalar dayanacaqda avtobus gözlədiyi (hakim partiyanın mövqe sərgiləməsini indiki məqamda mən də doğru hesab etmirəm), hüquq müdafiə və qeyri-hökumət təşkilatlarının başı hökumətin ayırdığı qrantdan pay qoparmağa qarışdığı bir vaxtda Qırğızıstan fəalları Qazaxıstanda yaşananlara biganə qalmayır. Məlum olduğu kimi, KTMT-in üzvi olsa da yalnız Qırğızıstan Qazaxıstana hərbi güvvə göndərməyərək bunun üçün ölkə parlamentinin razılığı olmalıdır bəyanatı verib. Dünəndən parlamentin önünə toplaşan qırğız fəalları isə parlamentin belə qərar çıxarmasına maneə olmağa çalışırlar. Onlar qırğız cəmiyyətinin Qazaxıstanda yaşanan faciəvi duruma münasibətini ümumiləşdirərək 4 tələb irəli sürürlər.

1) Qırğız əsgərinin əli qardaş qazax xalqının qanına bata bilməz, bunu yol vermək olmaz.

2) Qırğızıstanın da üzv olduğu KTMT-in digər dövlətin daxili işlərinə qarışa bilməz, bu qanunsuzdur, qurumun özünün nizamnaməsinə ziddir.

3) Qırğızıstan qəbul etdiyi sənədi heçə sayan bir təşkilatda qalmamalıdır- KTMT-dən çıxmalıdır.

4) Qırğız xalqı ərazisinə hərbi təcavüz edənlərlə vuruşan və yadelli ordunu ölkəyə soxan despot hakimiyyətlə mübarizə aparan qardaş qazax xalqı ilə həmrəydir, onları müdafiə edir.

Bu arada məlum olur ki, sevincək Qazaxıstana 70 nəfərlik hərbiçi göndərən Ermənistan hakimiyyəti və cəmiyyəti bu qərarın peşimançılığın yaşayır. Belə ki, onlara güllə atanların içərisində erməni hərbiçilərin də olmasından qəzəblənən qazaxlar bu ölkədə yaşayan, yetərincə çoxsaylı erməni mənşəli şəxslərə ultimatum göndərərək onlardan Qazaxıstanı tərk etmələrini tələb edirlər.

 

Səma Ələsgərli

Paralel.az

0.07896900177002