Pravoslavlar Milad bayramını qeyd ediblər
Paralel.az xəbər verir ki, pravoslav xristianlar yanvarın 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd ediblər.
Gecə vaxtı Bakının bütün pravoslav kilsələrində bayram liturgiyaları keçirilib.
Mərasim karantin rejiminin qaydalarına uyğun olaraq keçirilib.
Milad bayramı Müqəddəs gecədən başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrüdür.
Daha öncə, 5 yanvar tarixində Azərbaycan Prezidenti İlham Əliyev, hər il olduğu kimi, bu il də pravoslav xristian icmasına Milad bayramı münasibətilə təbrik ünvanlayıb. Təbrik məktubunda Azərbaycanda əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşadığı xüsusi vurğulanıb.
Akif Nəsirli