Spiker Saakaşvilinin "qara siyahısı"ndan danışdı
Ölkə parlamentinin sədri Şalva Papuaşvili, sabiq prezident Mixail Saakaşvilinin güc tətbiq edən hakim, prokuror və polislər barəsində hazırladığı "qara siyahı"ya münasibət bildirib.
Paralel.az xəbər verir ki, parlament sədri "Vahid Milli Hərəkat"ın hər zaman bu cür siyahıya malik olduğunu deyib.
Onun sözlərinə görə, "VMH" hakimiyyətə gələcəkləri təqdirdə bundan repressiya vasitəsi kimi istifadə edəcəklər:
"Onlar hakimiyyətdə olduqları zaman da qara siyahılara sahib idilər və bunu hər kəs yaxşı bilir. Onlar bu siyahılarla kimləri konsertlərə dəvət edib-etməyəcəklərinə, kimləri işlə təmin edib-etməyəcəklərinə qərar verirdilər. Artıq uzun müddətdir ki, müxalifətdə yenə belə bir siyahılar var. Onlar hakimiyyətə gələcəkləri təqdirdə əvvəl olduğu kimi bu cür qara siyahılarla insanlara qarşı repressiyalar törətməyi planlayırlar", - deyə Ş. Papuaşvili vurğulayıb.
Parlament sədri həmçinin, Saakaşvili ilə bağlı parlament tərəfindən komisiyanın yaradılması məsələsinə də toxunub və qeyd edib ki, bunun üçün 50 deputatın dəstəyinə ehtiyyac var.
Xatırladaq ki, sabiq prezident Mixail Saakaşvili bir sıra güc və digər dövlət strukturları üzvlərinə qarşı "Qara siyahı"nın yaradılmasına başladığını açıqlayıb.
Akif Nəsirli