"Alma-Atada 70 silahlı və 30 talançı saxlanılıb"
Paralel.az INTERFAX.RU-ya istinadən xəbər verir ki, Alma-Atada təhlükəsizlik xidməti əməkdaşları binalara hücum edən 70-dən çox yaraqlı və 30-dan çox talançı saxlayıblar.
Bu barədə Qazaxıstanın "Xəbər24" telekanalı reportaj yayıb.
Teleaparıcının sözlərinə görə, şəhərdə prezidentin iqamətgahı, meriyası və Respublika meydanı silahlılardan azad edilib.
"Bütün hökumət binaları nəzarət altındadır, lakin terrorçular və quldur qrupları şiddətli müqavimət göstərir, şəhər əhalisindən evdə qalmaq, təhlükəsizlik tədbirlərinə, fövqəladə vəziyyət və komendant saatı tələblərinə riayət etmək xahiş olunur" dedi.
Telekanal qərargahına istinadən xəbər verir ki, yerli administrasiyaların binaları ölkə boyu hakimiyyətin nəzarətinə qaytarılıb.
Qazaxıstan Daxili İşlər Nazirliyi ölkə üzrə iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 3811 nəfərin saxlanılması barədə məlumat yayıb. Daha 26 nəfər həlak olub, eyni sayda insan yaralanıb.
Prezident Qasım-Jomart Tokayev daha əvvəl demişdi ki, 20 min quldur Alma-Ataya hücum edib və ölkə boyu hakimiyyətə hücuma hazırlığına “yatıb”.
Akif Nəsirli