Tokayev xəbərdarlıq etmədən terrorçulara atəş açmağa icazə verib

Tokayev xəbərdarlıq etmədən terrorçulara atəş açmağa icazə verib
 

Paralel.az xəbər verir ki, Qazaxıstan prezidenti Tokayev xəbərdarlıq etmədən atəş açmaq əmri verib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xəbərdarlıq etmədən terrorçuları öldürmək üçün onlara atəş açmağı əmr etdiyini bildirib. Ölkədə iğtişaşlar və fövqəladə vəziyyət rejiminin tətbiqi fonunda dövlət başçısı xalqa müraciəti zamanı müvafiq göstəriş verdiyini bildirib.

RİA Novosti xəbər verir ki, onun çıxışı “Xəbər 24” telekanalı tərəfindən yayımlanıb.

“Xaricdə onlar tərəfləri problemlərin sülh yolu ilə həlli üçün danışıqlara çağırırlar. Nə cəfəngiyyatdır! Cinayətkarlarla, quldurlarla hansı danışıqlar ola bilər? Onları məhv etmək lazımdır. Bu, yaxın gələcəkdə həyata keçiriləcək”, - Tokayev bildirib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, Qazaxıstanda azad media və xarici xadimlər tərəfindən qızışdırılan iğtişaşlarda xarici terrorçular iştirak edir.

Tokayevin sözlərinə görə, asayişi pozanlar mülki şəxslərə qarşı silahdan istifadə edir, həmçinin ölkənin əmlakına ziyan vurmaqda davam edirlər.

Bundan əvvəl məlum olub ki, bütün Qazaxıstan ərazisində terror təhlükəsinin “kritik qırmızı” səviyyəsi tətbiq edilib. Ona uyğun olaraq xüsusi xidmət orqanlarına əşyaların, nəqliyyat vasitələrinin şəxsi axtarışını həyata keçirməyə, nəqliyyat vasitələrinin hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə, habelə yaşayış və digər binalara sərbəst daxil olmağa icazə verilir.
Akif Nəsirli

0.031109094619751