"Qazaxıstanda hadisələr əvvəlcədən planlaşdırılıb"

 

Paralel.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstandakı vəziyyət və KTMT qüvvələrinin bu ölkəyə gətirilməsi ilə bağlı keçirdiyi gecə danışıqlarından söhbət açıb.

Yerli KİV Belarus liderinin bəyanatlarından yazır.

"Qazaxıstandakı hadisələr, baş verən hər şey aydındı. Amma bizi daha çox narahat edən odur ki, hər şey əvvəlcədən planlaşdırılıb. Dünən bütün gecə məsləhətləşmələr oldu, bununla bağlı biz Putinlə vəziyyəti izlədik və biz bir neçə dəfə danışdıq. " , - Belarus Prezidenti bildirib.

Lukaşenko hesab edir ki, Almatıda vəziyyət çox həyəcanlıdır.

"Orada yandırıla biləcək hər şey yandırıldı. Aeroportu ələ keçirdilər. Üstəlik, bu məqsədli şəkildə edilirdi. Həm Alma-atada, həm də Nur-Sultanda hava limanını məqsədli şəkildə ələ keçirməyə cəhd edildi. Çünki silahlı qüvvələrin ora ilk növbədə Rusiyadan və KTMT ölkələrindən köçürüləcəyini anlayırdılar. Yəni nəzarəti ələ keçirmək lazım idi ki, ora enmək mümkün olmasın. Yaxşı ki, Alma-ata yaxınlığında, 40 kilometr aralıda, hər zaman hərbçilərin nəzarətində olan hərbi aerodrom var. Tokayevlə söhbətim zamanı Nur-Sultan hava limanını ələ keçirmək mümkün deyildi”, - deyə Belarus lideri vurğulayıb.
Akif Nəsirli

0.045358896255493