Qırğızıstan KTMT çərçivəsində Qazaxıstana ordu göndərəcək

Qırğızıstan KTMT çərçivəsində Qazaxıstana ordu göndərəcək
 

Paralel.az xəbər verir ki, Qırğızıstan KTMT çərçivəsində Qazaxıstana 150 hərbi qulluqçu göndərməyi planlaşdırır.

Qırğızıstan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqlik öhdəlikləri çərçivəsində Qazaxıstana 150 sülhməramlı göndərməyi planlaşdırır.
TASS xəbər verir ki, bunu respublikanın Nazirlər Kabineti rəhbərinin müavini Kamçıbek Taşiyev deyib.

“Biz Qazaxıstana 150 hərbçi, 19 ədəd hərbi və avtomobil texnikası göndərəcəyik”, - deyə baş nazirin müavini qeyd edib.

Daha əvvəl KTMT-nin baş katibi Stanislav Zas sülhməramlıların Qazaxıstanda olması müddətini açıqlayıb. .Zasın sözlərinə görə, KTMT qüvvələrinin mövcudluğunun müddəti vəziyyətdən və Qazaxıstan rəhbərliyinin qərarından asılı olacaq. Əməliyyat başa çatdıqdan sonra bütün qüvvələr ölkədən çıxarılacaq.

"Biz bu müddətin qısa olacağını gözləyirik" deyən baş katib bunu "bir neçə gün və ya bir neçə həftə" kimi qiymətləndirib.

Yanvarın 2-də avtomobillərin qaz qiymətinin 60 təngədən 120 təngəyə qaldırılması ilə əlaqədar Qazaxıstan şəhərlərində etirazlar başlayıb. Daha sonra bu tələblər Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin siyasətdən getməsi, yeni seçkilərin keçirilməsi və parlamentin buraxılması şüarları ilə siyasi etirazlara çevrilib.
Akif Nəsirli

0.042011976242065