Qazaxıstanda 2 298 nəfər saxlanılıb
Qazaxıstanın Almatı şəhərində vəziyyət gərgin olaraq qalır.
Paralel.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Qazaxıstanın digər bölgələrində vəziyyət sabitləşib. Paytaxt Nur-Sultan, Çimkent, Akmola, Qızılorda, Pavlodar, Şimali Qazaxıstan və Türküstan vilayətlərində sakitlik hökm sürür. Aktobe, Atırau, Qərbi Qazaxıstan, Mangistau vilayətlərində bir neçə magistral və dəmir yolu xətti bağlanıb.
Qeyd olunur ki, antiterror əməliyyatı davam edir. Məlumata görə, ümumilikdə iğtişaşlar zamanı həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18-ə çatıb. Qarşıdurmalar zamanı 353 nəfər isə yaralanıb.
DİN qeyd edib ki, Qazaxıstanda son günlər baş verən iğtişaşlar zamanı 2 298 nəfər saxlanılıb.