Qazaxıstan dərslərindən
Nəsib Nəsibli yazır:
Qazaxıstandakı gəlişmələr mövzusunda gösəl təhlillər aparılır. Bir də bu yöndən, millət-dövlət nəzəriyyəsindən məsələyə baxaq.
1. Keçmiş Sovet məkanındakı avtoritar rejimlər keçmiş nomenklaturun birbaşa davamıdır və hakimiyyət üçün təhlükə yarandıqda onu bəsləyən gücə (Rusiyaya) can atır. Demək ki avtoritar rejimlər başqa sözlə taladıqları ölkələrin milli güvənlik problemidir.
2. Yeni bağımsız Türk dövlətlərində millətləşmə sürəci lazımi sürətdə və dərinlikdə getmir. Millətlə dövlət bütünləşməsinə hələ çox var. Bu bütünləşmənin ən böyük düşməni Rusiyadır.
3. Türkçü/Turançı siyasət yürüdən bir lider talançı, hətta özünəvurğun manyak ola bilər. Bu cür adamlara görə milli hədəflərimizdən imtina edəsi deyilik ki?!
Qazax hürr, ipə-sapa yatmayan deməkdir. Son 30 ildə toplanan enerjinin lap yaxında dışa vuracağına ümid edək.
Paralel.az