“Pozğun içəridə olanda, qapını cəftə tutmaz”
İndi deyirlər ki, Qazaxıstanda baş verənlər, Qazaxıstanı Rusiyaya peşkəş elədi.
Qazaxıstan bütün dönəmlərdə Rusiyanın istədiyinə razı olub. Qazaxıstan həmişə Rusiyaya peşkəş edilib və bütün dönəmlərdə Rusiyanın yanında yer tutub. Bəs nə baş verirdi? Sadəcə olaraq Putin, indiki Qazaxıstan prezidentini, hər şeyə müdaxilə və nəzarət edən Nazarbayevin əlindən aldı. Bəs xalq nə istəyirdi? Bütün bu olub bitənlərdən xəbərsiz xalq, bütün dönəmlərdə Rusiyanın vassalı olan Qazaxıstanı, Rusiyanın əlindən alıb milli dövlət qurmaq üçün bəxtini sınadı. Alınmadı. Ona görə alınmadı ki, hadisələr vətəndaş müharibəsi müstəvisinə keçdi. Həqiqətənmi xalqın içində olan silahlılar, yağmacılar, xalqdan biri idi? Bəlkə öncədən hazırlanmış insanlar idilər? Türklərin bir gözəl atalar sözü var. Deyir, pozğun içəridə olanda, qapını cəftə tutmaz.
Çingiz Şahbazi, Paralel.az