Siracəddin Hacı yazır...
Rusiya Qazaxıstanı işğal etdi
- Qazaxıstanda baş verən hadisələrin səbəblərini və mümkün nəticələrini öncəki yazımda maddələr halında açıqladım;
- dedim ki, qazax xalqının xeyrinə olan tək bir variant var, o da dialoqdur, xaos qazax xalqına xeyir gətirməyəcək;
- qazax xalqı ona qarşı olan zülmə etiraz etdi;
- bu etiraz üsyana çevrildi, belə ki, xalqın təşkilatı (təşkilatları), lideri (liderləri) yox idi, marağı olanlar da üsyanı qızışdırdılar;
- Rusiya üsyançıların hakimiyyəti ələ keçirəcəyini gördü, bu baş verərsə, Qazaxıstandakı mənafeləri üçün ciddi təhlükələrin ortaya çıxacağını anladı, bircə çıxış yolu olduğunu bildi, bacardığı işi etdi – hərbi müdaxilə yolunu seçdi;
- Rusiya Qazaxıstandakı nüfuzunu bərpa etmək üçün əlindən gələn hər şeyi edəcək, bir müddət sonra xalqı aldatmaq üçün Qazaxıstan prezidentini də qurban verəcək;
- Rusiya ağır bir yükün altına girdi – onun bu yükü daşımaq imkanı yoxdur;
- önə çıxan sual budur: Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Paralel.az