Qazaxıstan hökuməti bütün ölkə ərazisində İnterneti məhdudlaşdırdı

 

Qazaxıstan hökuməti bütün ölkə ərazisində İnterneti məhdudlaşdırdı 
 

 

Osman Gündüz yazır:

Qazaxstan hökuməti son bir neçə gündə bəzi regionlarda qapadılan interneti artıq  bütün ölkə ərazisində, necə deyərlər "rubilnikdən söndürüb".

Ölkəyə daxil olan bütöv internet trafikinin normanın 2% həcmində olduğu bildirilir.

Əsas telekommunikasiya operatoru  KazakhTelecom, mobil operatorlar "Beeline Kazakhstan" və Kcell internetə girişi bağlayıblar.

Onlar bunu özlərindən asılı olmayan səbəblərdən, qiymət artımından sonra yaranan  iğtişaşlarla bağlı hökumətin "antiterror və ictimai təhlükəsizliyin qorunması" haqqında qərarı əsasında icra etdiklərini açıqlayıblar.

Hazırda bu ölkənin milli domeni olan .kz domen zonasında olan rəsmi və qeyri-dövlət internet resurslarına təkcə Azərbaycandan deyil, bütöv qlobal dünyadan  giriş qapadılıb.

Hazırda bu ölkədə bütün messencerlərin, Telegram,  Viber, Signal, WhatsApp və s. heç biri fəaliyyət göstərmir.

Görünür Qazaxıstan hökuməti Belarusda  Roman Protaseviçin adi bir NEXTA Telegram kanalının oradakı mitinqlərin Təşkilat Komitəsi rolunu oynadığını unutmayıb.

Paralel.az

0.085544109344482