Zahid Cabbarov yazır...

Zahid Cabbarov yazır...
 

 

 

Dövlət kanallarının birinin xəbərlər proqramından eşitdim ki, Qazaxıstanda qiymət qalxımı əvvəlki vəziyyətinə qaytarılıb. Hökümət isə istefa verib. 

Qazaxıstanda qiymət qalxımını ilk dəfədir ki, eşidirəm. Qiymət qalxımına görə də xalq ayağa qalxıb küçələrə töküldü və etirazını bildirdi. Dövlət isə öz xalqının bu etirazını nəzərə aldı. Qiymətlər əvvəlki durumuna qaytarıldı. Xalqın da tələbi elə bu idi. Lakin ən başlıcası isə bu idi ki, hökumət öz səhvini başa düşdü. Dünyanın inkişaf etmiş qabaqcıl ölkələrinin yolunu seçdi. Yəni istefa mədəniyyəti deyilən bir yol var. Qazaxıstan höküməti də bu yolu seçdi, istefaya getdi. 

Hökümətin bu addımı qibtə aparılması haldı. Adamın Qazaxıstan hökümətinə və xalqına istər-istəməz paxıllığı tutur. 

Fikirləşirsən ki, dövlət belə olar, xalq belə olar.

Hər iki dövlətin və xalqın müqayisəsini, hörmətli izləyicilər özləri edərlər.

Sonda onu söyləmək istəyirəm ki, Qazaxıstan höküməti və xalqının ,, sağ əli'' bizim hökümətin və xalqımızın başına olsun!!!

Paralel.az

0.04374098777771