Xalqın oğru hakimiyyətə qarşı üsyanı

Xalqın oğru hakimiyyətə qarşı üsyanı
 

 

 

Çingiz Şahbazi

 

Orta Asiya ölkələrində baş verən olaylar, Avropa ölkələrində olduğu kimi uzun zaman çərçivəsində başa çatmır. Əksinə çox tez bir zamanda nəticəyə varılır. 

 Qazaxıstanda baş verən hadisələr də uzun uzadı zamana buraxılmadan öz həllini tapacaq. Əslində Qazaxıstanın şəhərlərində baş verənlər, xalqın oğru hakimiyyətə qarşı üsyanıdır və korrupsiyalaşmış ailə hakimiyyətinin qurduğu diktatura sisteminə qarşı nümayişlərdir.

 Qazaxıstan postsovet məkanında, yaşayış tərzinə görə ən yaxşı ölkələrin başında gəlir.Qazax xalqının işsizlik kimi bir problemi də olmayıb.Başqa xalqlar kimi Rusiya və digər ölkələrdə miqrant həyatı yasayan qazaxlara da rast gəlmək çox çətindir. Amma, bütün bunlara rəğmən xalq mövcud hakimiyyəti istəmir və ədalətli hakimiyyət qurmaq arzusundadır.

 İnanmıram ki, Rusiya orda baş verən hadisələri və məsələləri öz xeyrinə dəyərləndirməyi bacarsın. Çünki qazax xalqı çox ayıq və milli dövlətçilik ənənələrinə önəm verən xalqlardandır. Buna imkan verməzlər.

Paralel.az

0.028284072875977